“III Respublika” Platforması son həbslərlə bağlı bəyanat yayıb


“III Respublika” Platformasının son həbslərlə bağlı bəyanatında bildirilir ki, martın 6 və 7-də “Toplum TV” əməkdaşları və təsisçisinin, həmçinin “III Respublika” Platformasının üzvlərinin həbsi Azərbaycanda sivil toplum müqavimətini tam məhv etməyə yönəlib, qaçaqmalçılıq ittihamı ilə həbslər də məhz buna hesablanıb:

“Həmin pulların elə axtaranlar tərəfindən qoyulduğuna şübhə etməməklə yanaşı, onu da bildirmək istəyirik ki, evdə xarici valyuta saxlamaq cinayət təqibi üçün, xüsusən də “qaçaqmalçılıq” ittihamı üçün əsas ola bilməz. Şübhə yoxdur ki, baş verənlər Azərbaycanda sivil toplumun müqavimətini tam məhv etməyə yönəlib”.

“Həbslərdən dərhal sonra Toplum TV-nin “Youtube” və “İnstagram” hesablarının ələ keçirilərək videoların silinməsi də sübut edir ki, repressiyaların səbəbi heç də qaçaqmalçılıq deyil”, bəyanatda qeyd olunur.

“III Respublika” Platforması bildirir ki, son repressiya dalğasının əsas hədəflərindən biri də onların platformasıdır:

“Diktaturanın özünü ən güclü hesab etdiyi bir dönəmdə yeni bir müxalif təşkilatın yaranması və ortaya olduqca mütərəqqi hədəflər qoyması cəmiyyətdə ümid yaratdı. Bu da rejimin məqsədləri və cəmiyyəti sürüdüyü istiqamətlə tam əkslik təşkil edir. “III Respublika” Platforması jurnalistikanın və siyasi fəaliyyətin cinayət olmadığını, birləşmək, söz və ifadə azadlığının ölkə Konstitusiyasında və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq konvensiyalarda təsbit olunduğunu bildirir, son günlər baş verənləri qanunsuz repressiya aktı kimi qiymətləndirir”.

“III Respublika” Platforması cəmiyyəti baş verənlərə və öz taleyinə biganə qalmamağa çağırıb.

“Həmçinin beynəlxalq birliyi də Azərbaycanda baş alıb gedən qanunsuzluqlara, insan hüquq və azadlıqlarının tapdanmasına əməli reaksiya verməyə çağırırıq” – deyə, bəyanatda bildirilir.

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin “III Respublika” Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Tolpum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin “III Respublika” Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs- qətimkan tədbiri seçilib.

Ramil Babayev martından 7-dən həbsinə etiraz olaraq quru aclığa başladığını elan edib.

Martın 8-də isə “Toplum TV”nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Ülviyyə Quliyeva

WWW.HAQQINIAL.WORDPRESS.COM

Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları 57-ci və 10-cu maddələrinin tələblərinə məhəl qoymurlar- ÖZBAŞINALI

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququna malikdirlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab da verilməlidir. Konstitusiyasının 10-cu maddəsi isə ünvanlanan müraciətlərə baxılmasının müddətini tənzimləyir. Yəni, 10-cu maddənin 1-ci bəndində qeyd olunur ki, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda isə, müraciətlərə ən geci 30 iş günü müddətində baxılır.

Bəli, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və 10-cu maddələri belə bir tələblərin icra olunmasını tələb etsə də,  deyəsən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları həmin maddələrin tələblərinə heç də məhəl qoymurlar. Məsələn, 23 oktyabr 2023-cü il tarixdə, saat təqribən 11:00 radələrində gundemxeber.az xəbər portalının əməkdaşı bir nəfər şəxslə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Aydınbəyov küç- 106 ünvanında fəaliyyət göstərən 26 saylı dövlət notariat kontorunda olur və həmin kontorda üzüzə qaldıqları olaydan sanki dəhşətə gəlir.

Yəni, ilk əvvəl əməkdaşımız həmin şəxslə notariat kontorunda 4-cü pəncərəyə yaxınlaşır və lazımi sənədlərin qeydiyyatını həyata keçirirlər. Elə ki, sənədlərin qeydiyyatı işləri tam hazır olur, o halda kontorun əməkdaşı onlara giriş qapısının sağ hissəsində yerləşən kassaya yaxınlaşmalarını və 36 manat məbləğində rüsum ödəmələrini bildirir. Bəli, hər iki şəxs kassaya yaxınlaşırlar və 36 manat pulu kassada işləyən əməkdaşa verirlər. Notariat kontorunun kassasında çalışan həmin əməkdaş 36 manat pulu əlbəəl götürür və o, aldığı pulun yalnız 20 manatını Mobil notariat tətbiqinə köçürür. Yəni, yerdə qalan 16 manat pul hansısa təyinat üzrə rəsmləşdirmir və təsdiq olunan sənədlər üzrə ümumi rüsum xərci 35, 25 manat təşkil edir.

    Qeyd edək ki, 23 oktyabr 2023-cü il tarixdə 26 saylı dövlət notariat kontorunda sənədlərin təsdiqi üçün əməkdaşımızdan və onunla birlikdə olan şəxsdən alınmış 36 manat pulun16 manatının hansı təyinat üzrə rəsmləşdirilməsi məsələsi qaranlıq qalır. Belə bir səbəbdən də, bu məsələyə aydınlıq gətirilməsi üçün gundemxeber.az xəbər portalının redaksiyasından 03 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova rəsmi qaydada məktubla müraciət etdik. Məqsədimiz yalnız və yalnız cənab Nazirin verəcəyi tapşırıqlar əsasında həmin məsələyə aydınlıq gətirilməsinə nail olmaq idi. Təəssüflər olsun ki, qeyd olunan məsələnin araşdırılmasını həyata keçirən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları, həmin vaxtdan 3 (üç) aya yaxın müddətin keçməsinə baxmayaraq, hələ də redaksiyamıza yazılı cavab verməyiblər. Bu da onu söyləməyə əsas verir ki, Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları Konstitusiyasının 57-ci və 10-cu maddələrinin tələblərinə məhəl qoymurlar. Yəni, buna başqa ad vermək olmaz.

Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(GundemXeber.Az)

Ramil

WWW.HAQQINIAL.WORDPRESS.COM

“Kanal 11” Teymur Kərimovun saxlanılması ilə bağlı bəyanat yayıb


Teymur Kərimov
Teymur Kərimov

“Kanal 11” internet televiziyası kanalın direktoru Teymur Kərimovun həbs edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, Teymur Kərimov Azərbaycanın ən çox abunə və baxışına sahib olan “Kanal 13” internet televiziyası ilə illərlə çalışıb, hazırda isə haqsızlıqları sərt tənqidi ilə seçilən “Azad Söz” və “Time TV” internet televiziyalarının Bakı bürosunun rəhbəri kimi fəaliyyət göstərirdi:

“Onun çəkdiyi video-reportajlar “Azadlıq Radiosu”, “Meydan TV” kimi kanallarda da yayımlanıb. Kərimov illər boyu qeydə aldığı video-reportajlardan dolayı təqiblərə, şantajlara məruz qalıb. Ona bəzən rüşvət təklif olunub, qəbul etmədiyi təqdirdə polis bölmələrinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və dəfələrlə fiziki zorakılığa məruz qalıb”.

“Kanal 11” bəyanatında qeyd edir ki, jurnalist 2019-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partıyasının sədri Əli Kərimlidən müsahibə aldığı üçün təqib olunub, yolda qarşısı kəsilərək mülki geyimli şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıb, avadanlıqlarına zərər vurulub, müsahibənin olduğu kart əlindən alınıb.

“Bundan sonra da dəfələrlə kamera, mobil telefon, mikrafon kimi çəkiliş üçün istifadə etdiyi avadanlıqlar sındırılıb və ya əlindən alınıb. Şəxsi müxtəlif dövlət qurumları qarşısında peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa, təhqirlərə məruz qalıb. Onun fəaliyyəti ilə bağlı təkcə özü deyil, əməkdaşlıq etdiyi reportyorlar və ailə üzvləri də sıxışdırılıb”, deyə qeyd olunur.

Bəyanatda deyilir ki, Teymur Kərimovu 182-ci maddəyə görə yox, məhz jurnalist fəaliyyətinə görə 5 ildən 10 ilə qədər həbs gözləyir:

“Teymur Kərimov son günlərdə Azərbaycanda həbs edilən 7-ci jurnalistdir. Ondan əvvəl “Abzas Media”nın direktoru və baş redaktoru da daxil olmaqla 4 əməkdaşı (Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Məhəmməd Kekalov, Nərgiz Absalamova) və “Kanal13” İnternet Televiziyasının Azərbaycan bürosunun direktoru da daxil olmaqla 2 əməkdaşı (Əziz Orucov, Rüfət Muradlı) həbs edilib. Ötən illər ərzində “Kanal11″ ilə əməkdaşlıq etmiş və nifrət cinayətinə qurban gedən reportyor Əvəz Hafizli də dəfələrlə peşə fəaliyyəti ilə bağlı təzyiqlərə, zorakılığa məruz qalmışdı, LGBTQ+ fərdi olan Hafizli zorlanma ilə də təhdid edilmişdi”.

“Kanal 11” fəaliyyətlərinə davam edəcəklərini, həbslərin, təqiblərin və hədə-qorxuların onları dayandırmayacağını vurğulayıb.

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Nemət Kərimlinin sözlərinə görə Teymur Kərimova 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

“Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib”, vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliynin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır”, o qeyd edib.

Ülviyyə Quliyeva

WWW.HAQQINIAL.WORDPRESS.COM

İctimai fəalın saxlandığı deyilir


Möhyəddin Orucov
Möhyəddin Orucov

İctimai fəal Möhyəddin Orucovun dekabrın 13-də saxlanıldığı bildirilir.

Bu barədə onun ailə üzvləri məlumat verib. Valideynləri hazırda onun harada saxlandığını bilmədiklərini deyirlər.

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərov qeyd edib ki, ictimai fəal bir müddət əvvəl sosial şəbəkə hesabında dövlət başçısı İlham Əliyevin siyasətini sərt şəkildə tənqid edib:

“Elə bu, kifayət edib ki, polis Möhyəddin bəyi zorakılıqla tutsun, axşamdan səhər radələrinədək 32-ci Polis Bölməsinin həyətində stula qandallaşmış vəziyyətdə saxlasın, təhqir etsin, döysün və 30 sutka inzibati qaydada həbs etsin”.

Möhyəddin Orucovun harada olması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.

Möhyəddin Orucov oktyabrın 18-də inzibati həbs cəzası alıb. İctimai fəal Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirmişdi.

O Suraxanı rayon Məhkəməsinin qərarı ilə o 30 sutka müddətinə həbs və 200 manat cərimə olunub.

Dekabr 13, 2023 Amerikanın səsi

WWW.HAQQINIAL.WORDPRESS.COM

Roma Papası Azərbaycan və Ermənistan liderlərini sülh müqaviləsi bağlamağa çağırır.


Roma Papası Fransisk dekabrın 10-da ənənəvi bazar günü xütbəsi zamanı Cənubi Qafqazda sülhə ümid etdiyini bildirib.

“Mən xeyli sayda Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsindən məmnunam. Mən Ermənistan və Azərbaycan arasında bu müsbət əlamətə, Cənubi Qafqazda sülhə böyük ümidlə baxıram”, deyən Papa hər iki xalqı öz liderləri ilə birlikdə “mümkün qədər tez” sülh müqaviləsi bağlamağa çağırıb.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Tapdıq Fərhadoğlu

WWW.HAQQINIAL.WORDPRESS.COM

Məhkəmə Abzas Media xəbər saytının direktoru və baş redaktoru barədə həbs qətimkan tədbiri seçilib.


Ülvi Həsənli və Sevinc Vaqifqızı
Ülvi Həsənli və Sevinc Vaqifqızı

Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsi Abzas Media xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, nəşrin baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur.

Vəkillər Zibeydə (Həsənlini müdafiə edir) və Elçin (Vaqifqızını müdafiə edir) Sadıqovlar bildirib ki, jurnalistlər məhkəmədə onlara qarşı irəli sürülən ittihamları rədd edib.

Vəkillər məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Vəkillər Elçin Sadıqov deyib ki, Sevinc Vaqifqızı xarici ölkədən bu gün Azərbaycana gəlib.

“Mən məhkəmədə Vaqifqızının könüllü olaraq Azərbaycana gəlməsi barədə videonu nümayiş etdirdim. Qeyd etdim ki, ittihamın sübutu yoxdur. Aşkar edilmiş məbləğin mənbəyi, haradan gətirilməsi, yerli banklardan alınması barədə hər hansı sübut yoxdur. Yəni absurd bir fərziyyə ilə ittiham verdilər və məhkəmə də həbs qətimkan tədbiri seçdi”, Sadıqov qeyd edib.

Vəkil Zibeydə Sadıqova Bildirib ki, Ülvi Həsənli məhkəmədə pulun ona aid olmadğını deyib və müdafiə tərəfi bunu sübut edən arqumentlərini irəli sürüb. Amma məhkəmə bunları nəzərə almayıb.

Noyabrın 20-də “Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli, noyabrın 21-də isə nəşrin baş redaktoru Sevinc Vaqifqızı polis tərəfindən saxlanılıb.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqləri “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən edərək götürüb. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı ittihamı qəbul etmir və jurnalist fəaliyyətlərinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

Tapdıq Fərhadoğlu

WWW.HAQQINIAL.WORDPRESS.COM

Naxçıvan və İrəvan xan ailəsinin 117 il əvvəl çəkilmiş birgə şəkli –UNİKAL FOTO

Qrafik dizayner Rəsul Həsən Naxçıvan və İrəvan xan ailəsinin birgə unikal fotosunu bərpa edib.

WWW.HAQQINIAL.WORDPRESS.COM BLOGU Azpost.info-ya istinadən bildirir ki, bu unikal foto 1906-cı ildə Naxçıvanda çəkilib.

Fotonun orjinalı pis vəziyyətdə olduğundan detallı şəkildə bərpa etmək, rəngləmək mümkün olmayıb.

İrəvan və Naxçıvan xanlarının ailə fotosu:

Ön sıra (soldan): 1 – Xanlar xan (Abbasqulu xanın oğlu) və qucağında körpə oğlu, 2 – Tacı xanım (Abbasqulu xanın kiçik qızı), 3 – Nazlıbəyim xanım (Cəfərqulu xanın qızı), 4 – Kəlbəli xan Naxçıvanski (III) \

Orta sıra: 1- 2- Tərlan xanım (İsmayıl xan Naxçıvanskinin qızı, Abbasqulu xanın həyat yoldaşı) 3 – Abbasqulu Xan İrəvanski, 4 – Fəxrəntac xanım (Abbasqulu xanın qızı, Cəfərqulu xan Naxçıvanskinin həyat yoldaşı), 5 – Cəfərqulu xanın ikinci həyat yoldaşı \

Arxa sıra: 1 – Həsən xan İrəvanski, 2 – Kərim xan İrəvanski, 3 – Rəhim xan Naxçıvanski və kiçik qızı Xurşid, 4 – Cəfərqulu xan Naxçıvanski.

WWW.HAQQINIAL.WORDPRESS.COM

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası günüdür.

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər
qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: · Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; · Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
· vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
· xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; · ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin
etmək;
· ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu Konstitusiya
qəbul edilir.
Birinci bölmə
Ümumi müddəalar
1-ci fəsil. Xalq hakimiyyəti
Maddə 1. Hakimiyyətin mənbəyi
I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan
dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu
isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 2. Xalqın suverenliyi
I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək
Azərbaycan xalqının suveren hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi,
bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsilə həyata keçirir.
Maddə 3. Ümumxalq səsverməsi — referendum yolu ilə həll edilən
məsələlər
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə
bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

  1. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
  2. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
    Maddə 4. Xalqı təmsil etmək hüququ
    Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından
    danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
    Maddə 5. Xalqın vahidliyi
    I. Azərbaycan xalqı vahiddir.
    II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası
    bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
    Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi.
    I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata
    keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
    II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
    2-ci fəsil. Dövlətin əsasları
    Maddə 7. Azərbaycan dövləti
    I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
    II. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici
    məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli
    gələn müddəalarla məhdudlaşır.
    III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil
    edilir:
    · qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
    · icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
    · məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
    IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı
    fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
    Maddə 8. Azərbaycan dövlətinin başçısı
    I. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və
    xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
    II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və
    Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
    IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Maddə 9. Silahlı Qüvvələr I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı
    Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
    II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq
    münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
    III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş
    Komandanıdır.
    Maddə 10. Beynəlxalq münasibətlərin prinsipləri
    Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq
    hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
    Maddə 11. Ərazi
    I. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
    II. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
    mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan
    Respublikası ərazisinin tərkib hissəsidir.
    III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz
    ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli
    Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan
    xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
    Maddə 12. Dövlətin ali məqsədi
    I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 14. Təbii ehtiyatlar Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Maddə 15. İqtisadi inkişaf və dövlət I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. II. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
    Maddə 16. Sosial inkişaf və dövlət
    I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və
    layiqli həyat səviyyəsi qayğısına qalır.
    II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir,
    ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Maddə 17. Ailə və dövlət I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 18. Din və dövlət I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında
    bərabərdir.
    II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği
    qadağandır.
    III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
    Maddə 19. Pul vahidi
    I. Azərbaycan Respublikasının pul vahidi manatdır.
    II. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka
    mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.
    III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi
    işlədilməsi qadağandır.
    Maddə 20. Dövlətin borclarına qoyulan məhdudiyyətlər
    Azərbaycan dövlətinə qarşı qiyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar
    Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.
    Maddə 21. Dövlət dili
    I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
    dilinin inkişafını təmin edir. II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin
    edir.
    Maddə 22. Paytaxt
    Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
    Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
    I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
    Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.
    II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq
    mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki
    üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti
    1:2-dir.
    III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
    Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən
    edilir.
    İkinci bölmə
    Əsas hüquqlar, azadlıqlar və vəzifələr
    3-cü fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları
    Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
    I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
    II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Maddə 25. Bərabərlik hüququ I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi,
    əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
    Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
    I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə
    etmək hüququ vardır.
    II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 27. Yaşamaq hüququ I. hər kəsin yaşamaq hüququ vardır. II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digir hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin
    verdiyi əmrin yerinə yetirilməsi, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı
    silah işlədilməsinə yol verilmir.
    Maddə 28. Azadlıq hüququ
    I. Hər kəsin azadlıq hüququ vardır.
    II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan
    məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
    III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə
    yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
    IV. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
    Maddə 29. Mülkiyyət huququ
    I. Hər kəsin mülkiyyət hüququ vardır.
    II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət
    hüququ qanunla qorunur.
    III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin
    təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
    barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
    IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam
    müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin
    özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
    V. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 30. Əqli mülkiyyət hüququ I. Hər kəsin əqli mülkiyyət hüququ vardır. II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Maddə 31. Təhlükəsiz yaşamaq hüququ I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına,
    mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
    Maddə 32. Şəxsi toxunulmazlıq hüququ
    I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
    II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan
    başqa şəxsi həyata müdaxilə etmək qadağandır.
    III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 34. Nikah hüququ I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına
    yol verilir.
    VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə
    dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ
    vardır.
    VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
    VIII.Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
    Maddə 36. Tətil hüququ I. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
    II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.
    III. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
    Maddə 37. İstirahət hüququ
    I. Hər kəsin istirahət hüququ vardır.
    II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş
    günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli
    zuniyyət verilməsi təmin edilir.
    Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır.
    II. Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur.
    III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını
    itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda
    sosial təminat almaq hüququna malikdir. IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin
    inkişafı üçün imkanlar yaradır.
    Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
    I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
    II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloci hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Maddə 40. Mədəniyyət hüququ I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən
    istifadə etmək hüququ vardır.
    II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Maddə 41. Sağlamlığın qorunması hüququ I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın
    müxtəlif növləri üçün imkanlar yaradır.
    III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər
    qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə 42. Təhsil hüququ I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. II. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
    III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
    IV. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 44. Milli mənsubiyyət hüququ I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Maddə 45. Ana dilindən istifadə hüququ I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz
    qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr
    aparıla bilməz.
    Maddə 47. Fikir və söz azadlığı
    I. Hər kəsin fikir və söz azadlığı vardır.
    II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
    III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.
    Maddə 48. Vicdan azadlığı
    I. Hər kəsin vicdan azadlığı vardır.
    II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları
    ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini
    ifadə etmək və yaymaq hüququ vardır.
    III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə,
    sərbəstdir.
    IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Maddə 49. Sərbəst toplaşmaq azadlığı I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. Maddə 50. Məlumat azadlığı
    I. Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən
    mətbuatda dövlət senzurası qadağandır.
    Maddə 51. Yaradıcılıq azadlığı
    I. Hər kəsin yaradıcılıq azadlığı vardır.
    II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Maddə 52. Vətəndaşlıq hüququ Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Maddə 53. Vətəndaşlıq hüququnun təminatı
    I. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından
    məhrum edilə bilməz.
    II. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya
    xarici dövlətə verilə bilməz.
    III. Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan
    Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Maddə 54. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır. II. Dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər. II. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin
    edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş
    qaydada qəbul edilə bilərlər.
    Maddə 56. Seçki hüququ
    I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə
    referendumda iştirak etmək hüququ vardır.
    II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə
    referendumda iştirak etmək hüququ yoxdur.
    III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 57. Müraciət etmək hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və
    böhtan tənqid sayıla bilməz.
    Maddə 58. Birləşmək hüququ
    I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
    II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq
    və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Maddə 59. Azad sahibkarlıq hüququ Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə 60. Hüqüq və azadlıqların məhkəmə təminatı
    I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 61. Hüquqi yardım almaq hüququ I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. III. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Maddə 63. Təqsirsizlik prezumpsiyası I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Maddə 64. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi Heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Maddə 65. Məhkəməyə təkrar müraciət hüququ Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Maddə 67. Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə
    cəlb edilməsinin səbəbləri izah edilir.
    Maddə 68. Zərərin ödənilməsini tələb etmək hüququ
    I. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla
    qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsində iştirak etmək və ona vurulmuş zərərin
    ödənilməsini tələb etmək hüququ vardır.
    II. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya
    hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
    Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
    I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya
    Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə
    tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə
    bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
    II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və
    vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və
    Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
    Maddə 70. Siyasi sığınacaq hüququ
    I. Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası
    əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
    II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə verilməsinə yol verilmir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
    I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
    qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
    II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
    bilməz.
    III. Yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və
    vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq
    öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi
    məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. VIII.Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq
    pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. 4-cü fəsil.Vətəndaşların əsas vəzifələri Maddə 72. Vətəndaşların vəzifələrinin əsası I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
    Maddə 73. Vergilər və başqa dövlət ödənişləri
    I. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək
    hər kəsin borcudur.
    II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri
    və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz.
    Maddə 74. Vətənə sədaqət
    I. Vətənə sədaqət müqəddəsdir.
    II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət
    daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
    III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı cinayətdə,o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz. Maddə 75. Dövlət rəmzlərinə hörmət Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir. Maddə 76. Vətəni müdafiə I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir. Maddə 77. Tarix və mədəniyyət abidələrinin qorunması Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Maddə 78. Ətraf mühitin qorunması Ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Maddə 79. Qanuna zidd vəzifələrin icrasına yol verilməməsi Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Maddə 80. Məsuliyyət
    Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə
    tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən
    məs`uliyyətə səbəb olur.
    Üçüncü bölmə
    Dövlət hakimiyyəti
    5-ci fəsil. Qanunvericilik hakimiyyəti
    Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
    Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi
    həyata keçirir.
    Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
    Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
    Maddə 83. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
    seçkilərinin əsasları
    Azərbaycan Respublikası Milli Məclisinin deputatları macoritar və proporsional seçki sistemləri
    ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
    Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət
    müddəti
    I. Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildir.
    II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının
    birinci bazar günü keçirilir.
    III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan
    Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
    IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə,
    yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə
    məhdudlaşır.
    Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına
    namizədlərə aid tələblər
    I. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş
    qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
    II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti
    sistemlərində qulluq edən, elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli
    fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq
    edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş
    hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli
    Məclisinə deputat seçilə bilməzlər.
    Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
    seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi
    Seçkilərin nəticələrinin düzgünlüyünü Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
    yoxlayır və təsdiq edir.
    Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
    səlahiyyətinin bitməsi
    I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli
    Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
    II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan
    Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa,
    keçirilmir.
    III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda
    səlahiyyətlidir.
    Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları
    I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti sessiyaya yığılır.
    Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
    Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
    Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət günlərinə düşərsə, sessiya bu gündən sonra gələn
    birinci iş günü öz işinə başlayır.
    Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra
    Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec
    olmayaraq çağırılır.
    Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra fevralın 1-dək onun 83 deputatının
    səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə
    vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.
    II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası
    Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli
    Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
    III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq
    onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra
    növbədənkənar sessiyanın işi bitir.
    Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından
    məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
    səlahiyyətlərinin itirilməsi
    I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:
  3. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
  4. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını
    qəbul etdikdə;
  5. cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
  6. dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa
    ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
  7. özü imtina etdikdə;
  8. deputatın mənsub olduğu siyasi partiya ləğv edildikdə.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla
    müəyyən edilmiş qaydada qəbul edilir.
    II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə
    və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul
    edilmə qaydası qanunla müəyyən edilir.
    Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının
    toxunulmazlığı
    I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti
    toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində
    cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı
    cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin
    deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər
    verməlidir.
    II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan
    Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı
    ilə xitam verilə bilər.
    Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının
    məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, sesverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan
    onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
    Maddə 92. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
    Azərbaycan Respublikası Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq
    orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyalar
    təşkil edir, hesablama palatası yaradır.
    Maddə 93. Azərbaycan Respublikası Milli Məclisinin aktları
    I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya
    qanunları, qanunlar və qərarlar qəbul edir.
    II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar, bu
    Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
    III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.
    IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə
    orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
    Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi
    ümumi qaydalar
    I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:
  9. bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından
    istifadə, bu hüquqların və azadlıqların dövlət tə`minatı;
  10. Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
  11. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli
    Məclisinin deputatlarının statusu;
  12. referendum;
  13. məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;
  14. məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
  15. bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
  16. fövqəl`adə vəziyyət recimi; hərbi vəziyyət recimi;
  17. dövlət təltifləri;
  18. fiziki və hüquqi şəxslərin statusu;
  19. mülki hüquq obyektləri;
  20. əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
  21. mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi recimi, əqli
    mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
  22. ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;
  23. maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; gömrük işi;
  24. əmək münasibətləri və sosial tə`minat;
  25. cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə
    məsuliyyətin təyin edilməsi;
  26. müdafiə və hərbi qulluq;
  27. dövlət qulluğu;
  28. təhlükəsizliyin əsasları;
  29. ərazi quruluşu; dövlət sərhədi recimi;
  30. beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
  31. rabitə və nəqliyyat işi;
  32. statistika, metrologiya və standartlar;
  33. gömrük işi;
  34. ticarət işi və birca fəaliyyəti;
  35. bank işi, mühasibat, sığorta.
    II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan
    məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.
    III. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
    Maddə 95. Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər
    I. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
  36. Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;
  37. Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik
    nümayəndəliklərinin tə`sis edilməsi;
  38. inzibati ərazi bölgüsü;
  39. dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
  40. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət
    büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;
  41. amnistiya;
  42. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının
    hərbi doktrinasının təsdiqi;
  43. bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin
    fərmanlarının təsdiqi;
  44. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş
    nazirinin vəzifəyə tə`yin edilməsinə razılıq verilməsi;
  45. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının
    Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan
    Respublikası İqtisad Məhkəməsi hakimlərinin tə`yin edilməsi;
  46. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş
    prokurorunun vəzifəyə tə`yin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
  47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan
    Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
  48. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən
    kənarlaşdırılması;
  49. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə e`timad məsələsinin həll edilməsi;
  50. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Milli
    Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
  51. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı
    Qüvvələrinin tə`yinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;
  52. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə e`lan edilməsinə və
    sülh bağlanmasına icazə verilməsi;
  53. referendum tə`yin edilməsi;
  54. Auditor palatasının yaradılması.
    II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan
    məsələlərə dair isə bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar
    qəbul edilir.
    III. Bu Konstitusiyada Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər
    məsələlərə dair də qərarlar qəbul edilir.
    IV. Bu maddənin birinci hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
    Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ
    I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini
    və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ)
    Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə,
    Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
    mənsubdur.
    II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan
    Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası
    Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş
    şəkildə çıxarılır və səsə qoyulur.
    III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə
    edən orqanın razılığı ilə edilə bilər.
    IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
    Respublikası Ali Məhkəməsinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan
    Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.
    V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının
    Ali Məhkəməsi və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20
    gün təşkil edir.
    Maddə 97. Qanunların imzalanmaq üçün təqdim olunması müddəti
    I. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə
    imzalanmaq üçün təqdim edilir.
    II. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün
    qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.
    Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə
    minməsi
    Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə
    tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
    6-cı fəsil. İcra hakimiyyəti
    Maddə 99. İcra hakimiyyətinin mənsubiyyət
    Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur.
    Maddə 100.Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid
    tələblər
    Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi
    yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum
    olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan
    Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
    Maddə 101.Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
    I. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst,
    şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.
    II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin üçdə iki səs çoxluğu ilə seçilir.
    III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci
    bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs
    toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən
    sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində sadə səs çoxluğu toplayan
    namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
    IV. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
    V. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.
    Maddə 102.Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları
    Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 7 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.
    Maddə 103.Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı
    I. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti
    seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində
    Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası
    Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl
    edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət
    edəcəyimə and içirəm”.
    II. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış
    sayılır.
    Maddə 104.Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini
    daimi icra edə bilməməsi
    I. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır. II. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə
    əmin olduğu təqdirdə Azərbaycan Respublikasının Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə
    görə vəzifədən getmiş sayılır.
    III. Azərbaycan Respublikasının Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini
    tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır. Maddə 105.Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası I. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisinin sədri icra edir. II. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Milli Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək
    qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
    Respublikasının Baş naziri icra edir.
    III. Bu maddənin ikinci hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin
    səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda
    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin
    başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
    Maddə 106.Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı
    Azərbaycan Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan
    Respublikası Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
    Maddə 107.Azərbaycan Respublikası Prezidentinin vəzifədən
    kənarlaşdırılması
    I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan
    Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya
    Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində
    verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər. II. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. Maddə 108.Azərbaycan Respublikası Prezidentinin təminatı
    Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
    Maddə 109.Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri
    Azərbaycan Respublikasının Prezidenti:
  55. Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri tə`yin edir;
  56. Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin
    təsdiqinə təqdim edir;
  57. dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
  58. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini
    vəzifəyə tə`yin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
  59. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə tə`yin və vəzifədən azad
    edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
  60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iste`fası haqqında qərar qəbul edir;
  61. Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş
    xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
  62. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikasının
    Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
    aktlarını ləğv edir;
  63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi
    və Azərbaycan Respublikasının İqtisad Məhkəməsi hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan
    Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə
    vəzifəyə tə`yin və vəzifədən azad edir;
  64. Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən
    azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
  65. Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin
    təsdiqinə verir;
  66. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və
    vəzifədən azad edir;
  67. Azərbaycan Respublikası Prezidentinin icra aparatını təşkil edir və onun rəhbərini tə`yin edir;
  68. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndələrini vəzifəyə tə`yin və
    vəzifədən azad edir;
  69. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
    nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
  70. xarici dövlətlərin diplomatik nümayəndələrinin e`timadnamə və övdətnamələrini qəbul edir;
  71. hökumətlərarası beynəlxalq müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri
    təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
    təsdiqnamələri imzalayır;
  72. referendum tə`yin edir;
  73. qanunları imzalayır və dərc edir;
  74. vətəndaşlıq məsələlərini həll edir;
  75. siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
  76. əfv edir;
  77. dövlət təltifləri ilə təltif edir;
  78. ali hərbi və ali xüsusi rütbələr verir;
  79. ümumi və qismən səfərbərlik e`lan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
  80. Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli
    hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
  81. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
  82. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tə`yinatı ilə bağlı olmayan vəzifələrin
    icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə
    təqdimat verir;
  83. fövqəladə və hərbi vəziyyət elan edir;
  84. Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə e`lan edir və sülh bağlayır;
  85. Azərbaycan Respublikası dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər
    çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
  86. Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının
    səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
    Maddə 110.Qanunların imzalanması
    I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün
    ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli
    Məclisinə qaytara bilər.
    II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə
    minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs
    çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə,
    belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
    Maddə 111.Hərbi vəziyyət elan edilməsi Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə,
    Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan
    Respublikasının ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda
    Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. Maddə 112.Fövqəladə vəziyyət tətbiq edilməsi
    Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloci
    və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün
    pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə,
    zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi,
    yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu
    barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə
    verir.
    Maddə 113.Azərbaycan Respublikası Prezidentinin aktları
    I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa
    məsələlər barəsində isə sərəncamlar qəbul edir.
    II. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə
    tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
    Maddə 114.Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu
    I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi
    ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
    II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra
    orqanıdır.
    III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və
    onun qarşısında cavabdehdir.
    IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti
    müəyyənləşdirir.
    Maddə 115.Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri,
    onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
    Maddə 116.Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
    Maddə 117.Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan
    Respublikasının Baş naziri sədrlik edir.
    Maddə 118.Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
    II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan
    Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan
    Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir. III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq
    verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini
    Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. Maddə 119.Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti: · Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; · Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
    · maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; · dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
    · dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
    · nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv
    edir;
    · Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll
    edir.
    Maddə 120.Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları
    I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa
    məsələlər üzrə sərəncamlar qəbul edir.
    II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə
    tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir.
    Maddə 121.Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə
    namizədlərə dair tələblər
    I. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak
    etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan
    Respublikasının vətəndaşı təyin edilir. II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
    Maddə 122.Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid
    tələblər
    Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti
    orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoci və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. Maddə 123.Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır. II. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh
    tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. III. Azərbaycan Respublikasının Baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. IV. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər. Maddə 124.Yerlərdə icra hakimiyyəti I. Yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. II. İcra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən
    azad edir.
    III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
    7-ci fəsil. Məhkəmə hakimiyyəti
    Maddə 125.Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
    I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız
    məhkəmələr həyata keçirirlər.
    II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan
    Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının İqtisad Məhkəməsi, Azərbaycan
    Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
    III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə
    tutulmuş digər vasitələrlə həyata keçirilir.
    IV. Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində Azərbaycan
    Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.
    V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.
    VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların
    tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. Maddə 126.Hakimliyə namizədlərə aid tələblər I. Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. II. Hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və yaradıcılıq
    fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola
    bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə
    maaşından, habelə elmi, pedaqoci və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala
    bilməzlər.
    Maddə 127.Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata
    keçirilməsinin əsas prinsipləri və şərtləri
    I. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
    tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
    II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq
    baxırlar.
    III. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə
    icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. V. Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. İşə qapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin mövcudluğunu müəyyən edir. VI. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. VIII.Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
    IX. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır.
    X. Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya
    müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə
    icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam tanış olmaq, məhkəmədə
    tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. Maddə 128.Hakimlərin toxunulmazlığı I. Hakimlər toxunulmazdırlar. II. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
    III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq
    surətdə xitam verilə bilər.
    IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan
    Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının
    Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində
    təqdim etməlidir.
    V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və
    Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar
    Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin işdən
    kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə
    qəbul edilir.
    Maddə 129.Məhkəmə qərarları və onların icrası
    Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
    Maddə 130.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
    I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
    II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası
    Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi tə`yin edir.
    III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin,
    Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
    Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan
    Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
  87. Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və
    sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan
    Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti
    orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına
    uyğunluğu;
  88. Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər
    Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
    Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
  89. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti
    orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
    uyğunluğu;
  90. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda
    Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
  91. bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası
    qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
    Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan
    Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası
    Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
  92. Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan
    Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası
    müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
  93. siyasi partiyaların və digər ictimai birliklərin ləğv edilməsi;
  94. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar
    Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan
    Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının,
    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası
    qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının
    Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
    Kabinetinin qərarlarına uyğunluğu;
  95. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı
    mübahisələr.
    IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin,
    Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
    Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan
    Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını
    və qanunlarını şərh edir.
    V. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş digər
    səlahiyyətləri də həyata keçirir.
    VI. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair
    qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
    Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
    VII. Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının
    hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında
    müəyyən edilmiş müddətdə qüvvədən düşür; Azərbaycan Respublikasının dövlətlərarası
    müqavilələri qüvvəyə minmir.
    Maddə 131.Azərbaycan Respublikasının Ali Məhkəməsi
    I. Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid
    edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, qanunla müəyyən edilmiş
    prosessual qaydalarda ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir;
    məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
    II. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin
    təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Maddə 132.Azərbaycan Respublikasının İqtisad Məhkəməsi I. Azərbaycan Respublikasının İqtisad Məhkəməsi iqtisadi mübahisələrə baxılması üzrə yuxarı məhkəmə orqanıdır; o, qanunla müəyyən edilmiş qaydada müvafiq ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarəti həyata keçirir. II. Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
    Maddə 133.Azərbaycan Respublikasının Prokurorluğu
    I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada qanunların eyni cür
    və dürüst icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri
    başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır;
    məhkəmə qərarlarından protest verir.
    II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan
    Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
    III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
    Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının Prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
    V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə
    Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə tə`yin və vəzifədən azad edir.
    8-ci fəsil. Naxçıvan Muxtar Respublikası
    Maddə 134.Naxçıvan Muxtar Respublikasının statusu
    I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
    II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.
    III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
    IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin
    fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar
    Respublikasının ərazisində məcburidir.
    V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının
    Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və
    qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar
    Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
    fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
    Maddə 135.Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
    I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının
    Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə
    hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.
    II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və
    qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar
    Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və
    Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin
    həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası
    Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
    Maddə 136.Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
    Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
    sədridir.
    Maddə 137.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
    I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.
    II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.
    III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini
    və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
    Maddə 138.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi
    ümumi qaydalar
    I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
  96. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
  97. vergilər;
  98. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
  99. sosial tə`minat;
  100. ətraf mühitin qorunması;
  101. turizm;
  102. səhiyyə, elm, mədəniyyət
https://www.fhn.gov.az/

WWW.HAQQINIAL.WORDPRESS.COM

Xankəndidə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. (VIDEO)

Krediti onlar “yeyir”, pulunu isə camaat ödəyir

 Krediti onlar “yeyir”, pulunu isə camaat ödəyir

Prezident və hökumət üzvləri tez-tez Azərbaycanın xarici borcunun az olması ilə bağlı pozitiv mesajlar verirlər – doğrudan da sırf dövlət borcu bir çox ölkədən yaxşı vəziyyətdədir, dövlət borcu 17 milyard 203,3 milyon manat, yəni, ÜDM-in cəmi 14,4%-ni təşkil edir.

Amma biz illərdir hökumətə irad bildirirdik ki, hüquqi şəxslərin dövlət zəmanəti ilə aldığı borcları da dəqiq açıqlayıb risklərini hesablasınlar, indi maliyyə nazirliyi açıqlama yayıb ki, dövlət zəmanəti ilə alınmış borcların həcmi 21 milyard 309,2 milyon manatdır, yəni, rəsmi dövlət borcundan daha çoxdur.

Belə çıxır ki, birbaşa dövlət borcunun və dövlət zəmanəti ilə alınmış borcların ümumi həcmi 38,5 mlrd. manat civarındadır ki, bu heç də az deyil.

Ən böyük problem isə odur ki, iri dövlət şirkətlərinin zamənətlə aldıqları borcun qaytarılması yükü dövlətin üzərindədir, o kreditlərin, borcun xərclənməsinə ciddi nəzarət yoxdur, effektivliyini ölçmək çətindir, o kreditlərin də büdcədən onlara ayrılan vəsait kimi korrupsiyaya yem olmaq ehtimalı yüksəkdir.

Maliyyə Nazirliyi, guya, bu təhlükəni görür, “elmanrüstəmov” dilində açıqlama yayıb: “Dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətlərinin bəzi hallarda qeyri-qənaətbəxş olması nəticəsində onlar tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş bu öhdəliklərə vaxtında və tam şəkildə xidmət edilə bilməməsi riskləri yaranır. Bu risklərin mitiqasiyası iki istiqamətdə həyata keçirilə bilər: operativ və uzunmüddətli”.

Yəni, nə konkretlik var, nə şirkət adları, nə risklərin mənbəələri, nə də qeyri-qənaətbəxş olmasının səbəbləri göstərilməyib. İndi bunu “elmanrüstəmov” dilindən türkcəmizə tərcümə etsək, təqribən, belə səslənir – Şirkətlər dövlətdən zəmanət aldıqdan sonra xaricdən və daxili mənbəələrdən kredit götürülər, o kreditləri kefləri istədikləri kimi, amma vaxtlı-vaxtında yuxarıya haqq çatdırmaqla xərcləyirlər, sonra borcun ödənilməsi zamanı yetişəndə büdcədən ödəyib izi itirirlər. Yəni, krediti şirkət rəhbərləri “yeyir”, onların “yediklərini” isə camaat öz vergisi ilə ödəyir – vəssalam…(Axar.az)

İqtisadçı Natiq Cəfərli

WWW.HAQQINIAL.WORDPRESS.COM

Avropa Şurasının milli azlıqların müdafiəsi üzrə Məşvərət Komitəsinin üzvləri Azərbaycanda səfərdə olub


Oktyabrın 23-dən 27-dək Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Heyət milli azlıqların müdafiəsi sahəsində əldə olunan irəliləyişi qiymətləndirəcək.

Bu barədə Avropa Şurası oktyabrın 31-də məlumat yayıb.

Məlumatda deyilir ki, bu, missiyanın Azərbaycana beşinci səfəridir. Missiya Bakı, Lənkəran, Quba və Xınalıqda hakimiyyət, vətəndaş cəmiyyəti və milli azlıqların nümayəndələrilə görüşlər keçirib, Çərçivə Konvensiyasının icrası müzakirə edilib.

“Nümayəndə heyəti hökumət təmsilçilərilə görüşdə Qarabağdakı vəziyyətlə bağlı suallar qaldırıb. Səfər Azərbaycanda Çərçivə Konvensiyasının reallaşması ilə bağlı Məşvərət Komitəsinin beşinci rəyinin hazırlanması çərçivəsində baş tutub. Sənədin 2024-cü ildə qəbul ediləcəyi gözlənilir”, məlumatda deyilir.

Avropa Şurası Məşvərət Komitəsinin Azərbaycan üzrə əvvəlki rəyi 2019-cu ilin fevralında dərc edilib. Komitə “çoxmillətli Azərbaycanda hakimiyyətin azlıqların mədəniyyətinin dəstəklənməsi üzrə geniş tədbirlər həyata keçirdiyini” etiraf edərək, diqqəti “gənclərin multikulturalizm və tolerantlıq sahəsində maarifləndirilməsi” səylərinə yönəldib.

Bununla belə, hesabatda deyilir ki, milli azlıqlar öz fikirlərini ifadə etmək hüququnda məhdudiyyətlərə malikdir, ana dilini öyrənməkdə çətinlik çəkirlər.

Azərbaycan hakimiyyəti hesabatın bəzi müddəaları ilə razı olmadığını bildirib.

“Ölkədəki milli azlıqların hüquqları “Azərbaycan Konstitusiyasında və digər hüquqi aktlarda təsbit edilmiş möhkəm hüquqi əsaslar üzərində qurulur”, Azərbaycan hökuməti hesabatla bağlı öz şərhində bildirib.

Tapdıq Fərhadoğlu

WWW.HAQQINIAL.WORDPRESS.COM

Türkiyyənin Prezidenti Ərdoğan: “Türkiyənin xoşbəxt və firavan olmasına heç bir güc mane ola bilməyəcək”

Ərdoğan: Türkiyənin xoşbəxt və firavan olmasına heç bir güc mane ola bilməyəcək

“Türkiyə Cümhuriyyətinin xoşbəxt, firavan və qalib olmasına heç bir güc mane ola bilməyəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib.

“İnşallah, çox da uzaq olmayan gələcəkdə 100 milyon əhalisi olan Türkiyəni görəcəyik. Üzvü olmaqdan qürur duyduğumuz sevimli millətimizə 21 ildir ki, “Millətə ağalıq yoxdur, xidmət var” inancı ilə yanaşırıq. Biz ağa deyil, xidmətçiyik. Bütün sahələrdə nəhəng addımlar atmışıq. Hazırda isə 100 illik yubileyə layiq konstitusiya istəyirik”, – Türkiyə lideri bildirib.

R.T.Ərdoğan vurğulayıb ki, harada məzlum, qurban, göz yaşı tökən varsa, onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şəfa verən Türkiyədir.

“Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət, Qarabağda göstərmişik”, – Ərdoğan əlavə edib.(Report.az)

WWW.HAQQINIAL.WORDPRESS.COM

Paris Brüssel platformasını qapatmağa çalışır: Fransanın gizli planının əsas sirri üzə çıxdı

Rəsmi Paris Ermənistanın yeganə beynəlxalq himayədarı missiyasını öz üzərinə götürməklə, hərbi baza yerləşdirməyi planlaşdığı bu ölkəni Fransanın Cənubi Qafqazdakı for-postunda çevirmək niyyətindədir… Ancaq əgər, Brüssel prosesi davam edərsə və yekun sülh sazişi imzalanarsa, rəsmi Paris bu niyyətinə heç bir bəhanə ilə çata bilməz, yəni, Fransanın özəl maraqları ucbatından regional sülh prosesi müvəqqəti də olsa, əngəlləndi…

Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalı kifayət qədər yüksəkdir. Hazırda 35 illik münaqişənin aradan qaldırılmış olması regional sülh prosesinə münbit şərait yaradıb. Əgər, beynəlxalq hüquq normaları çərçivəsində sülh danışıqları intensiv xarakter alarsa, bütün ziddiyyətlərin qısa müddətdə nizamlanması elə bir ciddi problem yaratmaz. Sadəcə, bunun üçün sülh danışıqlarında vasitəçilik missiyasına iddia edənlərin öz maraqlarını bir kənara buraxması əsas həlledici şərtə çevrilib.

Məsələ ondadır ki, “Qarabağ problemi” keçmiş SSRI-nin icad etdiyi “münaqişə ocağı” kimi peyda olmuşdu. Keçmiş SSRI-nin dağılması ərəfəsində Kreml Sovet İttifaqı məkanında belə milli-etnik münasibətlər törətməklə, bolşevik imperiyasının ömrünü uzada biləcəyinə ümid bəsləyirdi. Halbuki, bu taktikanın son nəticədə Kremlə qarşı əks effekt verdiyi də inkaredilməz reallıqdır. Çünki ABŞ və Qərb erməni separatizmini və terrorizmini təsir altına alaraq, keçmiş SSRI-nin dağılma prosesini sürətləndirməyə nail oldu.

Saytların yığılması

Ancaq buna baxmayaraq, Rusiya sonrakı on illiklərdə milli-etnik münaqişələrdən postsovet dövlətlərini nəzarətdə saxlamaq üçün istifadə etməyə üstünlük verdi. Daha sonra isə erməni separatizmi və terrorizmi Rusiya üçün istifadə müddətini sona çatdırdı. Hətta zaman keçdikcə, Rusiyanın geopolitik maraqlarına real təhlükə törətməyə başladı. Xüsusilə də, “erməni faktoru”nun növbəti dəfə ABŞ və Qərbin maraqlarına uyğunlaşdırılması, Rusiyanın bir daha parçalanması məqsədilə istifadə edilməsi Kremli Ermənistana dəstəyi geri çəkmək məcburiyyətində buraxdı.

0f16f6a8-6cd7-44d5-b440-82f27645109d.jpg (80 KB)

Nəticə isə artıq göz qabağındadır. Ermənistan və erməni separatizmi Rusiyanın dəstəyini itirməklə, güclənmiş Azərbaycan dövləti qarşısında təklənmiş oldu. ABŞ və Qərb isə “erməni faktoru”ndan istifadə etməklə kifayətləndi, Ermənistana Rusiyanın verdiyi qədər güclü dəstək göstərməyi bacarmadı. Rəsmi Bakı isə yaranmış uğurlu geopolitik situasiyanı məharətlə dəyərləndirdi.

Azərbaycan ordusu əvvəlcə Ermənistanı biabırçı məğlubiyyətə uğratdı, ardınca da yarımçıq qalmış işini tamamladı, yəni, erməni separatizmini və terrorizmini savaş meydanına “dəfn” etdi. Bununla da keçmiş SSRİ-nin icad etdiyi çoxsaylı milli-etnik münaqişələrdən biri həmişəlik sıradan çıxarıldı. Və bu səbəbdən də indi Ermənistanın Azərbaycan qarşısında hər hansı geopolitik iddia şansı qalmayıb.

Təbii ki, bu reallıq hazırda Cənubi Qafqazda sülh prosesinin önünün açılmasını iddia etməyə tamamilə əsas verir. Çünki danışıqlar masasında mübahisə doğuracaq, ziddiyyət yaradacaq heç bir ciddi səbəb qalmayıb. Azərbaycan əsas problemini həll edib, ərazi bütövlüyünün bərpasına nail olub. Ermənistan isə daha Azərbaycan ərazilərinə iddia edə biləcək durumdan çox-çox uzaqdır. Və rəsmi İrəvan əslində, mövcud geopolitik situasiya ilə böyük ölçüdə barışıb.

Belə anlaşılır ki, ən qısa zamanda, hətta bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi regional əngəl mövcud deyil. Rəsmi İrəvan da sülh sazişinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Üstəlik, Cənubi Qafqazda hələ də öz təsirini qoruyub, saxlayan Rusiya belə, Azərbaycan-Ermənistan sülh sazişinə əngəl törədən əsas problemin artıq həll olunduğunu etiraf edir. Və hər iki ölkəni ən qısa zamanda yekun sülh sazişini imzalamağa çağırır.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Şübhəsiz ki, Kremlin bu mövqeyi olduqca pozitiv və yeni faktordur. Çünki 35 illik bir münaqişənin ssenari müəllifi ciddi şəkildə geri çəkilib və sülhə əngəl törətmək niyyəti olmadığı barədə prinsipial mesaj verməyə çalışır. Kreml bunu birmənalı şəkildə Rusiyanın özəl maraqlarına dayanaraq, edir. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, Kreml Rusiya üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılacağına və bu marşruta birbaşa nəzarət edə biləcəyinə ümid bəsləyir.

Ancaq Cənubi Qafqazda sülh prosesinin uğuruna nə qədər geniş imkanlar açılmış olsa da, bu, o qədər də asan məsələ deyil. Çünki bu dəfə regional sülh prosesinə ABŞ və Qərb həvəsli görünmür. Əksinə, Fransa və rəsmi Parisin təsiri altında olan Avropa Birliyi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma perspektivlərinə sərt müqavimət göstərməyə çalışır. Yəni, Qərb siyasi iradə mərkəzləri hazırda regional sülh prosesi qarşısında əsas əngəl rolunda çıxış edir.

Əsas paradoksal məqam da məhz buna bağlıdır. Belə ki, Cənubi Qafqazın əsas problem mənbəyi olan Rusiya sülh sazişinə çağırır. Ancaq dünyada “ədalət carçısı”, sabitliyə və əmin-amanlığa dəstək verdiyini iddia edən Qərb danışıqlar prosesinə əngəl törətməyə cəhd göstərir. Yəqin ki, özəl maraqlardan qaynaqlanan bu kəskin ziddiyyətlər beynəlxalq “maskalar”ın düşdüyü məqamdır.

Onu da qeyd etmək lazımdır ki, Qərbin sülh prosesində iştirakını təmin edən sonuncu platforma – Brüssel prosesi də artıq dalana dirənmək üzrədir. Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel öz neytral vasitəçilik missiyasında sona qədər duruş gətirə bilmədi. Çünki Fransanın özəl maraqları Avropa Birliyinin neytral vasitəçilik “tamaşa”sına da üstün gəldi. Rəsmi Paris prezident Emmanuel Makronun qatıldığı Qranada görüşünün iflasa uğramasından sonra Fransanın qatılmadığı sülh prosesinə tolerantlıq göstərə bilmədi.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Bəzi məlumatlara görə, rəsmi Paris indi Brüssel prosesinin davam etdirilməsində qətiyyən maraqlı deyil. Əksinə, hazırda Fransa Cənubi Qafqazda sülh prosesinin uzadılması ilə əlavə vaxt qazanmağa can atır. Üstəlik, bunu yekun sülh sazişinin imzalanmasında indi ən maraqlı tərəfə çevrilən Ermənistanın mənafelərini təhlükəyə atmaqla edir. Və bu, rəsmi Paris üçün Ermənistanın ən yaxşı halda, sadəcə, “geopolitik alət” olduğunu növbəti dəfə təsdiqləyir.

Məsələ ondadır ki, rəsmi Paris Ermənistanın yeganə beynəlxalq himayədarı rolunu öz üzərinə götürüb. Əsas məqsəd isə bu bəhanə altında Ermənistanı Fransanın Cənubi Qafqazdakı for-postunda çevirməkdən ibarətdir. Əvvəlcə Ermənistanı silahlandırmaq, ardıncasa, bu ölkənin ərazisində hərbi baza yerləşdirməklə, bu regiona giriş hüququ qazanmaq niyyəti güdülür.

Ancaq əgər, Brüssel prosesi davam edərsə və yekun sülh sazişi imzalanarsa, Fransa bu niyyətinə heç bir bəhanə ilə çata bilməz. Ona görə də, Fransanın özəl maraqları ucbatından Brüssel prosesi müvəqqəti də olsa, rəsmi Paris tərəfindən əngəlləndi. Fransa bununla yalnız Ermənistanın sülh şəraitində inkişaf şansını deyil, həm də Avropa Birliyinin vasitəçilik missiyasını da böyük risk altına atmış oldu.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

MilliNet Azərbaycan İnternet Forumu 5 il fasilədən sonra…Foto

MilliNet Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır

WWW.HAQQINIAL.WORDPRESS.COM

Bakıda 2 milyon vətəndaşın qeydiyyatı aparılıb- TƏBİB

TƏBİB tərəfindən mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılıb.

Musavat.com xəbər verir ki, paytaxt əhalisi haqqında tibbi məlumatların toplanmasına, gələcəkdə xəstəliklərin vaxtında aşkarlanmasına, risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə və vaxtında müayinələrin aparılmasına xidmət edən bu proses nəticəsində Bakı şəhəri üzrə artıq 2 milyona yaxın vətəndaşın tibb müəssisələrinə təhkim olunması üçün qeydiyyatı aparılıb. “E-tabib” mobil tətbiqində bu məqsədlə yeni qeydiyyat sistemi yaradılıb.

Bakı şəhərində proses başa çatdıqdan sonra respublikanın ayrı-ayrı rayonları üzrə də əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılacaq.

Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na əsasən aparılan proses yeni yaşayış yerləri və əhalinin sayı üzrə xidmət əlçatanlığını təmin etmək, yaşayış yerləri üzrə ehtiyacı müəyyənləşdirərək tibbi xidmət şəbəkəsinin qurulması, dispanser qeydiyyatında olan xəstələrin, tibbi xidmətə ehtiyac duyan həssas əhali qrupunun dəqiq sayının müəyyənləşdirilməsi, dispanser müşahidəsinin təşkili, vətəndaşların tibbi sənədlərinin toplanması və sistemləşdirilməsi məqsədi daşıyır.

Bu proses eyni zamanda uşaq əhalisinin vaksinasiya planının daha dəqiq tərtib olunmasına və həmin təqvim planına əsasən peyvənd preparatlarının alınmasına, risk qrupunda olan uşaqların və eləcə də böyüklərin müayinəsinin aparılmasının asanlaşmasına imkan verəcək. İlin sonuna qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Bakı şəhərində bu prosesin yekunlaşdırılması planlaşdırılır. Bu proses, həmçinin gələcəkdə həkimlərin qiymətləndirilməsini, onların iş yükünün müəyyən olunmasını və xəstə sayı haqqında məlumatları da əlçatan edəcək.musavat.com

https://musavat.com/news/bakida-2-milyon-vetendasin-qeydiyyati-aparilib-tebib_1015085.html

WWW.HAQQINIAL.WORDPRESS.COM

Paşinyanın vaxtı sona çatır: Onun nə zaman devriləcəyi bəlli oldu

Kreml baş nazir Nikol Paşinyanı Rusiyaya qarşı təxribatda suçlayıb, rus diplomat Qərbin Ermənistanı yeni Ukraynaya çevirməyə çalışdığını vurğulayıb… Onun fikrincə, hazırda “ikinci Ukrayna” durumunda Moldovadır, “üçüncü Ukrayna” statusu isə Ermənistana aiddir…

Rusiya-Ermənistan münasibətləri artıq əməlli-başlı korlanıb. Rəsmi İrəvanın davranışları Kremlin səbrini tükətmək üzrədir. Paşinyan hakimiyyəti hər imkanda Rusiyanı Ermənistanın hansısa uğursuzluğunda ittiham edir. Rusiyadan isə buna dərhal sərt reaksiya verilir. Və nəticədə Rusiya-Ermənistan münasibətində açıq müstəviyə keçmiş çəkişmə mərhələsi dərinləşməkdə davam edir.

Onu da qeyd edək ki, MDB sammitində iştirak üçün Bişkekə səfərə “vaxt tapmayan” Ermənistan baş naziri Nikol Paşinyan cəmisi bir neçə gün sonra Fransaya getməklə, Kremlə hörmətsiz yanaşdığını növbəti dəfə təsdiqləyib. Halbuki, Kreml MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh prosesinə vasitəçilik planları qurmuşdu. Ancaq erməni baş nazir Kreml sahibinə Rusiyanı sülh prosesinə qayıtmaq şansı tanımadı, Rusiyanı yenə də oyundankənar vəziyyətdə saxladı.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Digər tərəfdən, baş nazir Nikol Paşinyan Avropa Parlamentində cəmisi 10 dəqiqəlik çıxışının əhəmiyyətli bir hissəsini məhz Rusiyanı öz hərbi müttəfiqi Ermənistanı savaş meydanında təkbaşına buraxmaqda ittihama həsr etdi. Ən ağır ittiham isə erməni baş nazirin Kremli Ermənistanda dövlət çevrilişinə cəhd göstərməkdə suçlaması ilə bağlıydı. Və bu, Rusiyanın rəsmi dairələri tərəfindən olduqca qəzəbli əhval-ruhiyyə ilə qarşılanıb.

Rusiyanın Xarici İşlər Nazirliyində erməni baş nazirin ittihamlarını düşməncə davranış kimi dəyərləndiriblər. Eyni zamanda, baş nazir Nikol Paşinyanı Rusiyaya qarşı məsuliyyətsiz açıqlamalarla münasibətlərin korlanması məqsədilə təxribat törətməkdə suçlayıblar. Adının açıqlanmasını istəməyən rus diplomatlardan biri isə Qərbin Ermənistanı Ukraynaya çevirməyə çalışdığını vurğulayıb. Onun fikrincə, hazırda “ikinci Ukrayna” durumunda Moldovadır, “üçüncü Ukrayna” statusunu isə Ermənistan qazanmaq üzrədir. Və Ermənistan baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir.

Onu da qeyd etmək lazımdır ki, bu, dolayısı ilə Rusiya tərəfindən Ermənistanın təhdid olunası anlamı daşıyır. Belə ki, buna qədər də, Rusiya Dövlət Dumasında Ermənistanın öz müstəqilliyini itirib, quberniyaya çevrilə biləcəyi barədə iddialar səsləndirilmişdi. İndisə, rus diplomatın dili ilə Kremlin hərbi müdaxilə siyahısında Ermənistanın Ukrayna və Moldovanın ardınca üçüncü sırada olduğuna eyham vurulur. Yəni, Ukrayna savaşı bitdikdən sonra əvvəlcə Moldovaya, ardıncasa, Ermənistana hərbi müdaxilə ola biləcəyi qabardılır.

kollajjj-11177779.jpg (540 KB)

Belə anlaşılır ki, Kreml tərəfindən rəsmi İrəvana müəyyən mənada, vaxt verilmiş kimi görünür. Həmin vaxt ən uzağı Ukrayna savaşının sona çatmasına qədər davam edə bilər. Əgər, rəsmi İrəvan bu müddət ərazində öz davranışlarına düzəliş etməzsə, Ermənistan adlı dövlət xəritədən silinəcək, əvəzindəsə, Rusiyanın tərkibində erməni quberniyası peyda olacaq. Və yəqin ki, Paşinyan hakimiyyəti Rusiyadan verilən belə sərt xəbərdarlıq mesajlarına maksimum səviyyədə ehtiyatlı davranmalı olacaq.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin hazırda Kremlin əsas hədəfləri sırasında olduğu qətiyyən şübhə doğurmur. Bunu hətta rəsmi İrəvan da vurğulayır, baş nazir Nikol Paşinyan isə Avropa Parlamentində Rusiyanın onu devirmək istəməsindən şikayətlənir. Belə vəziyyətdə Paşinyan hakimiyyətinin israrla Rusiya ilə münasibətləri daha da gərginləşdirməsi isə onun gələcək taeleyinin həllini tezləşdirə də bilər. Və bu baxımdan, Paşinyan hakimiyyətinin real təhlükə qarşısında olduğuna yönəlik iddialar intensivləşib.

Maraqlıdır ki, vaxtilə Rusiya ilə eyni problemləri yaşamış Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistan baş naziri Nikol Paşinyana xəbərdarlıq edib. O, öz təcrübəsindən çıxış edərək, Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətini devirəcəyini vurğulayıb. Keçmiş prezidentin fikrincə, Kreml sahibi “rəngli inqilablar”la hakimiyyətə gələnlərə nifrət edir. Və hesab edir ki, baş nazir Nikol Paşinyan bundan sonra nə etsə də, prezident Vladimir Putinin münasibətini dəyişməyə nail olmayacaq.

07e86a96ac7902cbaeb884a3daae4da5.jpg (57 KB)

Xüsusilə də, M.Saakaşvili əmindir ki, rəsmi İrəvanın prezident Vladimir Putin barəsində həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəmsi barədə Roma statutunu ratifikasiya etməsindən sonra Paşinyan hakimiyyətinin ümumiyyətlə, şansı yoxdur. Rusiyanın Ermənistan hökuməti daxilindəki “5-ci kolonu” Paşinyan hakimiyyətini mütləq devirəcək. Yəni, baş nazir Nikol Paşinyan hazırda ilk növbədə öz yaxın ətrafından qorunmalıdır.

Ona görə də, M.Saakaşvili erməni baş nazirə məsləhət görüb ki, daha sürətlə hərəkət etsin. Ən qısa zamanda Rusiya bazalarını Ermənistandan çıxartsın. Ermənistanın MDB-ni, KTMT-nı və Gömrük İttifaqını tərk etməsini təmin etsin. Və yalnız bundan sonra Qərbə Ermənistanın dəstəklənməsi üçün müraciət etmək daha effektiv ola bilər.

Gürcüstanın keçmiş prezidentinin erməni baş nazirə əsas xəbərdarlığı isə ondan ibarətdir ki, Nikol Paşinyanın o qədər də çox vaxtı qalmayıb. Onun fikrincə, əgər, qətiyyətli davranıb, prinsipial addımlar atmazsa, xüsusilə də, Azərbaycanla sülh sazişinin imzalanmasına nail olmazsa, Rusiya mövcud qarşıdurma və gərginlik mühitindən əvvəl-axır istifadə edəcək. Və Paşinyan hakimiyyətinin devrilməsinə mütləq nail olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Xaçaturyan sirrləri addın addım açır.”Meşəliyə hücum planı Xankəndidə hazırlanmışdı”

“Meşəliyə hücum planı Xankəndidə hazırlanmışdı” – Xaçatryan SİRLƏRİ AÇIR

Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan açıqlamaları zamanı bir sıra məsələlərə aydınlıq gətirib.

haqqinial.wordpress.com blogunun musavat.coma istinadän xəbər verir ki, Xaçatryan Meşəli kəndinə hücum planının Xankəndidə hazırlandığını deyib:

“Meşəli kəndinə hücum planı Xankəndidə hazırlanmışdı. Özüm o hadisədə iştirak etməsəm də, bu barədə planı bilirdim.

Meşəliyə hücumu kimin planlaşdırdığını hamı bilir. Bu plan Xankəndidə hazırlanmışdı. Planı hazırlayanlar Ermənistandan və xarici ölkədən gələnlər idi. Onlar “Daşnaksütyun” idi. Mənim o hadisədə iştirakım olmayıb”.

Xalidə Gəray

WWW.HAQQINIAL.WORDPRESS.COM

Ölkədə hələ də dələduzluqla vətəndaşların cibinə girən məxluqlar var və artmaqdadır

Bilirsinizmi, erməni tək vətəndaşlara qarşı daha təhlükəli vətəndaşımız varmış. Təəssüf ki, Ölkədə yalan danışmaq, bohdan və onlardan da ən pisi ləyaqətsiz davranaraq hayasızcasına üzə durmaq kimi çirkinliklər hələ də, var və gündən günə çoxalmaqda davam edir.

Mən sözün başlanğıcında adını çəkmək istəmədiyim bir məxluqun mənə qarşı iyrənc haqqsızlıq etməsindən yazmaq istəyirəm.

Etimad göstərdiyim bu dələduz (xalq arasında maşşenik deyilir) mənə qarşı planladığı çirkin hərəkəti ilə, şantaj ataraq pul qopartmaq kimi əməlini həyata keçirmişdir.

Doğrudur etimad hər adama göstərilməməlidir. Lakin bu məxluq özünü öncə “peyğəmbər”sifəti gözsərmiş, daha sonra pul əldə etmək üçün hazır planını həyata keçirmişdir…

Hadisə belə olmuşdur.

Dələduz maşşenik dediyimizin adı Qasımzadə Etibar Abuzər oğludur. Demək adı Etibar olsa da, etibarlıqdan əsər əlaməti yoxdur. Doğrusu səhv edib etimad göstərmişəm. Onun üzündən başıma gətirilən problemləri hələ də yaşamağa davam edirəm.

Bir maşının alınması uçbatından mənə Qasımzadə Etibar Abuzər oğlu 4500 manat dələduzluq yolu ilə mənimsəmişdir. Miqdar bəziləri üçün az olsa da, təqaütü az olan adam üçün çox deyilmi ?

İllərlə qəpik qəpik yığdığım pulu şantaj yolu ilə əlimdən alınmasının stresini, əsbini yaşayıram.

Dələduzluq yolu ilə şantaj edən Qasımzadə Etibar Abuzər oğlu öncə Vita Mersedes maşınımı adına çevirdi, daha sonra səni tanımıram deyib, “get hara istəyirsən şikayət et, hətta məhkəməyə də şikayət edə bilərsən dedi”.

Əlacsız halda Dostuma zəng etdim məsələni ona bildirdim. O da səhəri günü ikimizi də çağırıb dinlədi. Artıq qaçmağa yeri qalmayan dələduz Qasımzadə Etibar Abuzər oğlu məsələni yalan danışmaqla aydınlaşdırmağın yolunu tutdu. Ancaq tam tərsini anlandı. Yəni müxtəlif bəhanələrlə, “artıq xərclərim çıxıb, əlimdə sənət sübut var” deyərək, özünü müdafiə etməyə çalışdı.

Bu hadisəni tamı tamından mətbuta açmaq istəmirəm. Ümid edirəm qarşı tərəf anlayıb mənim halal zəhmətlə qazandığım 4500 manat pulumu geri qaytaracaqdır.

Əks təqdirdə onun mənə etdiyi dələduzluğunu hüquq mühafizə orqanına şikayət edib məsuliyyətə cəlb edəcəm.

Jurnalist Bloger

Məmmədov İntiqam

17.10.2023 il

Qarabağ və Dünya xəbərləri..

Bayden Böyük 20-lər qrupunun sammitinə qatılır, Ukraynada müharibə və qlobal maliyyə islahatı zirvə görüşünün gündəmində

ABŞ prezidenti Co Bayden dünyanın aparıcı zəngin və inkişaf etməkdə olan ölkələrinin liderləri ilə Ukraynada müharibə, qlobal maliyyə islahatı və iqlim dəyişikliyi məsələlərini müzakirə etmək üçün Hindistanda Böyük 20-lər (G-20) qrupunun sammitində iştirak edir.

https://www.amerikaninsesi.org/embed/player/0/7260581.html?type=video

WWW.HAQQINIAL.WORDPRESS.COM

Azalın manapolyası kimin əlindədir ? Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? (VIDEO)


AZADLIQ RADİOSU
.

WWW.HAQQINIAL.WORDPRESS.COM

  • ZAMAN VƏ TEMPRATUR

    Find more about Weather in Düsseldorf, DL
    Click for weather forecast

    EURO SPORT LIVE "CANLI"

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ATV TR CANLI .

    GÜN AZ TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER

    CANLI YAYIM

    UKRAINA KANAL 24

    DÜNYA EKRANI TV-LER

    AZƏRBAYCAN İDMAN TB VƏ DÜNYA TV EKRANLARI

    TRT_5_Anadolu