ERMƏNİSTAN ŞOKDA! ABŞ Konqresində Azərbaycanın xeyrinə iki düzəliş qəbul edildi

ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb.

Okumaya devam et

Almaniyanın Düsseldorf şəhərində siyasi məhbuslara azadlıq aksiyası.(VİDEO)

 

AXCP funksioneri konstitusiya quruluşunu zorla dəyişməkdə günahlandırılır, 4 aylıq həbs qətimkan tədbiri seçilib

Məmməd İbrahim
Məmməd İbrahim

İyulun 28-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Ramin Xəlilovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Okumaya devam et

Ermənilərdən dərs alan Putin, yəni Rusiya…(VİDEO)

Ölkədə “sərbəst toplaşma azadlıqları” var. Sübut və Fakt (FOTO-VIDEO)

Okumaya devam et

Deputatlığa namizədlərin MSK-nın binası qarşısındakı aksiyasını polis dağıdı

MSK-nin qarşısında etiraz aksiyası
MSK-nin qarşısında etiraz aksiyası

Deputatlığa namizədlər seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

Bakı vaxtı ilə saat 20 radələrində Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirən deputatlığa namizədlərin və fəalların aksıyası polis tərəfindən dağıdılıb.

Okumaya devam et

Müxalifət partiyalarından Müsavat, REAL və D 18 birgə mitinq-QƏRARI VERDİ

Müsavat, REAL və D 18 birgə mitinq-QƏRARI VERDİ

3 müxalifət təşkilatı burgə mitinq keçirmək razılığına gəlib.

Paşinyan 7 rayonun qaytarılmasından danışdı: “Onlar razılaşsa, dərhal masaya qoyulacaq…”

Paşinyan 7 rayonun qaytarılmasından danışdı:
Ermənistan baş naziri Nikol Paşinyan bu gün Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanmasına dair keçmiş prezident Serj Sərkisyanın ona qoyub getdiyi irsdən danışıb. O qeyd edib ki, bu yaxınlarda mətbuatda Serj Sərkisyanın dövründə aparılan danışıqlar zamanı masa üzərində olan sənəddən bir hissə dərc edilib.

Okumaya devam et

Vacib qərar ! Tibbi sığorta təsdiqləndi !

Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-17.4-cü maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta çərçivəsində sığortaolunanlara göstərilən tibbi xidmətlərin siyahısını və tariflərini (o cümlədən, sığorta limitini), növündən asılı olaraq tibbi xidmətlərin göstərilməsi şərtlərini, müştərək maliyyələşmə məbləğlərini, habelə gözləmə müddətlərini müəyyən edir.

Okumaya devam et

Qubad İbadoğlu : “Gücsüzlərin gücü “(FOTO)

Azərbaycan Demokratiya və Rifah (ADR)  Hərəkatının  yaranması nəinki cəmiyyətdə, hətta hazırda siyasi fəaliyyətimi davam etdirdiyim partiyada da birmənalı qarşılanmadı, bu hadisəyə yanlışlı – doğrulu,  müxtəlif reaksiyalar verildi, yozumlar səsləndirildi. Son vaxtlar hərəkatın təşəbbüs qrupuna, şəxsən mənə “ADR hansı zərurətdən yaradılıb, onun mövcud siyasi arenanı təmsil edən qurumlardan (partiya, hərəkat, QHT və sair) fərqi nədir”- deyə çox sual verildiyindən mən bu sualı mətbuatın köməyi ilə cavablandırmağa qərar verdim. Ancaq gəlin, cavabı eşitməyə tələsməyək.

Okumaya devam et

“Bakıda Rəsulzadənin xatirəsi əbədiləşdirilsin” – Ziyalılardan çağırış.(VİDEOLAR)

Bir sıra məşhur elm və mədəniyyət xadimlərindən ibarət təşəbbüs qrupu Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib.

Azərbaycanın əhəmiyyətcə ikinci şəhəri olan Gəncədə AXC-nin 100 illiyi qeyd olunan il Cümhuriyyət Muzeyi açılıb, tarixi binaların divarlarında bu binaların ölkə tarixində əhəmiyyətini xatırladan xatirə lövhələri quraşdırılıb. Amma ölkənin paytaxtı Bakıda AXC-nin 100 illik yubileyini “unudublar”, deyə təşəbbüskarlar qeyd edirlər.

Müraciəti Azərbaycanın əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli, yazıçı-publisist, Rəsulzadə ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov imzalayıblar.

Müəlliflər hesab edirlər ki, Novxanıda Məmməd Əmin Rəsulzadənin doğulu-böyüdüyü evdə ekspozisiya yerləşdirilməli, AXC banisinin ev muzeyi təşkil edilməlidir.

Rəsulzadənin siyasə həyatının keçdiyi Bakıda “Azərbaycan” qəzetinin redaksiyasının, Müsavat Partiyasının qərargahının yerləşdiyi, Nizami küçəsi, 59 ünvanında Rəsulzadənin yaşadığı binalarda xatirə lövhələri quraşdırılmalıdır.

O, bir daha qayıtmayacağı bu mənzildən 1920-ci ildə ailəsi ilə vidalaşaraq çıxıb. Ailə üzvlərinin bəziləri güllələnib, digərləri Orta Asiyaya deportasiya olunub.

Təşəbbüs qrupu qeyd edir ki, Bakıda Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Abdulla Şaiqin ev muzeyləri var. Bülbülün, Səttar Bəhlulzadənin, Əzim Əzimzadənin və digər dahi azərbaycanlıların abidələri quraşdırılıb, amma Məmməd Əmin Rəsulzadənin abidəsi və ev muzeyi yoxdur.

Təşəbbüskarlar hakimiyyətə deyil, ictimaiyyətə dövlətçiliyə və tarixi-mədəni ənənələrə sadiqlik nümayiş etdirmək çağırışı ilə müraciət ediblər. “Biz sübut etməliyik ki, xalq, qədir bilən millət, şüurlu vətəndaş cəmiyyətiyik. Bu dəstəklə bağlı dəstəyinizi, məsləhətlərinizi və təkliflərinizi səbrsizliklə gözləyirik”, deyə təşəbbüskarlar qeyd edirlər.

Turan

HAQQINIAL.WORDPRESS.COM

Rusiya XİN: “Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ təmin edilməlidir”

Şuşa - işğaldan 25 il sonra

Şuşa – işğaldan 25 il sonra

Mariya Zaxarova azərbaycanlı qaçqın və məcburi köçkünlərin danışıqlar prosesində iştirakını şərh edib.

Okumaya devam et

Rusiya Qarabağa qoşun yeridir? – Moskvadan şok iddia

  Rusiya sülhməramlıları

Rusiya sülhməramlıları

Bu, münaqişənin Madrid prinsipləri əsasında həllini mümkünsüz edir.

Rusiyanın “Regnum” portalı iddia edib ki, İran və Gürüstanda yaranmış vəziyyət Azərbayjanı Qarabağa Rusiya sülhməralılarının yerləşdirilməsinə icazə verməyə məcbur edəcək.

Okumaya devam et

Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan – ermənilər köhnə yazıların tarixini dəyişdirir

Azərbaycana qarşı ən aktiv informasiya müharibəsi aparan dövlət, təbii ki, Ermənistandır. Bu informasiya savaşında erməni xüsusi xidmət orqanları tərəfindən yönləndirilən ana dilimizdə fəaliyyət göstərən və cəmiyyət içində xüsusi təxribatlar törətmək məqsədi ilə yaradılmış saytlar belə iştirak edir. Həmin saytların bir çoxunun haradan qeydiyyatdan keçdiyi, ofisinin harada olduğu məlum deyil, bu media orqanları çox vaxt xarici domenlərlə fəaliyyət göstərirlər.

Okumaya devam et

İran etirazçıları aksiyalarda tez tez bişərəf sözü səsləndirilir. İran kimi bişərəf sayır?(FOTOLAR)

Okumaya devam et

“Polis zorakılığına son!” – ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında qadınlar aksiya keçirdilər

Həftəsonu Bakının mərkəzində keçirilən nümayişlərdə çox sayda adam saxlanılıb, polis zorakılığına məruz qalıb.Etirazçılar plakatlar qaldıraraq polislərin vətəndaşlara şiddət göstərməsinə etirazlarını bildiriblər

Oktyabrın 25-də bir qrup qadın Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısındaetiraz aksiyası keçirməyə cəhd göstərib.

Okumaya devam et

AXCP sədri sərbəst buraxılıb, işgəncələrə məruz qaldığını bildirib-(FOTO)

AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən

Əli Kərimli oktyabrın 19-da mitinqə cəhd zanaı saxlanılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli axşam saatlarında sərbəst buraxılıb. O saxlanılarkən ağır işgəncələrə məruz qoyulduğunu bildirib.

Əli Kərimli oktyabrın 19-da mitinqə cəhd zamanı çoxsaylı polis tərəfindən saxlanılıb.

Okumaya devam et

Bakıda etiraz aksiyası – Əli Kərimli aksiyada (FOTO-VIDEO)

Polis aksiya iştirakçılarına qarşı

Polis aksiya iştirakçılarına qarşı

Onlarla saxlanılan var
Oktyabrın 19-da Milli Şura Bakıda metronun 28 may stansiyasının qarşısındakı meydanda mitinq keçirməyə cəhd edib.Mitinqdən öncə metronun ətrafındakı küçələr, həmçinin metronun 28 May, Cəfər Cabbarlı və Xətai stansiyalarına giriş və çıxış bağlanıb. Okumaya devam et

Rusiya haqsız olaraq blogger Elvin İsayevi Azərbaycana deportasiya edir.(FOTO)

Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan, internet platformalarında aktivlik göstərən blogger Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir.

Rusiya mətbuatına istinadən xəbər verir ki, Elvin İsayevin saxlanıldığı haqda onun vəkilləri bu gün –  avqustun 26-da danışıblar. İsayev ötən şənbə günü-avqustun 24-də saxlanılıb və polis bölməsinə aparılıb. Onu Petro-Slavyanka küçəsindəki evinin yanında tutublar. Vəkilin bildirdiyinə görə, 39 yaşlı blogger Rusiyanın İnzibati Hüquqpozmalar Məcəlləsinin 18.8 maddəsi ilə üzləşib. Həmin maddə xarici ölkə sakininin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən  Rusiya ərazisində qalma qaydalarının pozulmasını nəzərdə tutur. Həmin maddəyə əsasən İsayevi deportasiya gözləyir.

Okumaya devam et

AXCP SƏDRİ ƏLİ BƏY KƏRİMLİ : “Yazmaq istəmədiyim yazı. Məcbur oldum”.

Dostlar, Rəşad Atakişiyevin dəfn mərasimini müxalifətin üzünə bağlamaq sıradan bir hadisə deyil. Sıradan bir yaramazlıq da deyil. Dövləti, ordunu, milli gücü sarsıdan bir bölücülükdür, xəyanətdir. Ordu iqtidarın və müxalifətin ola bilməz. Ordu millətindir. Hər zaman da belə olacaq. Millətin isə 90 faizi hazırkı rejimə qarşıdır.

Okumaya devam et

  • ZAMAN VƏ TEMPRATUR

    Find more about Weather in Düsseldorf, DL
    Click for weather forecast

    EURO SPORT LIVE "CANLI"

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ATV TR CANLI .

    GÜN AZ TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER

    CANLI YAYIM

    UKRAINA KANAL 24

    DÜNYA EKRANI TV-LER

    AZƏRBAYCAN İDMAN TB VƏ DÜNYA TV EKRANLARI

    TRT_5_Anadolu