Xədicə İsmayıl avropalılara: Siz hansı proqresdən danışırsınız?

“Avropa Şurası Azərbaycanda 2015-ci ildə Azərbaycanda “Yaxşı idarəetmə naminə tərəfdaşlıq” çərçivəsində layihələrə başladıqdan bəri ölkədə siyasi məhbusların sayı 2014-cü ildə 98-dən 2018-ci ildə 130-a, 2011-2014-cü illərdə 0 difamasiya hökmlərindən 2015-2017-ci illər arasında onlarla hökmə, işgəncədən ölüm halları 2013-də 0-dan 2017-də 6-a yüksəlib,” deyə araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib.

Avropa İttifaqı və Avropa Şurasının €5.2 milyon avro dəyərində maliyyələşdirdiyi layihələr barədə hesabatın təqdimatından sonra Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kyastutis Yankauskas və Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyesi dəhlizdə qarşılayan İsmayıl bu qədər pulun hara və niyə xərcləndiyini sual edib.

Onun sözlərinə görə, avropalıarın milyonlarla avro xərclədikləri layihələrin ardınca bir çox göstəricilər üzrə Azərbaycanda insan haqlarının durumu daha da pisləşib, lakin Yankauskas və Hernyesin təqdimatları belə bir təsəvvür yaradır ki, Azərbaycanda əslində “proqres” baş verib.

"Biz ən yüksək keyifyyətli materiallar və tədris veririk." - Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kyastutis Yankauskas Xədicə İsmayılla söhbətində təşkilatının həyata keçirdiyi multi-milyon avroluq layihələri müdafiə edib.
“Biz ən yüksək keyifyyətli materiallar və tədris veririk.” – Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kyastutis Yankauskas Xədicə İsmayılla söhbətində təşkilatının həyata keçirdiyi multi-milyon avroluq layihələri müdafiə edib.

İsmayılın sorğularına cavab verən Yankauskas “bəzi sahələrdə proqresin olduğunu, digərlərində isə arzuolunan proqresin olmadığını” qeyd edib.

“Mövcud problemlərin olduğunu tanımaq onları həll etmək yönümündə birinci addımdır. Əminəm ki, əgər bu təlimlər olmasaydı, situasiya yəqin ki, daha pis olardı,” Yankauskas təlimlərin bəlkə də intensivləşdirilməsinə ehtiyac olduğunu bldirib. “Sizin dediyiniz rəqəmlər mühümdür və bu rəqəmlər hökumətə çatdırmaq çox mühümdür,” o əlavə edib.

Azərbaycanlı jurnalist ölkədə insan haqları sahəsində həqiqi proqres olmadığı bir halda Yankasukasa bu qədər xərclənmiş pulun müqabilində “əməkdaşlığın imitasiyası”-nın “çirkli pulyuma əməliyyatları”-nı xatırlatdığını söyləyib.

Bu proqrama xərclənən hər bir avro-sent sənədləşdirilib.
Zoltan Hernyes, Avropa Şurasının Bakı ofisinin rəhbəri

Yankasukas pulyuma əməliyyatları barədə ittihamların həqiqətə uyğun olmadığını bildirib və vurğulayıb ki, avropalıların həyata keçirdiyi layihələr “insanları öyrənməyə məcbur edə bilməzlər,” yalnız bunun üçün şərait yarada bilərlər.

“Bu proqrama xərclənən hər bir avro-sent sənədləşdirilib,” deyə Hernyes bu məqamda söhbətə qoşulub.

İsmayıl layihənin həyata keçirildiyi vaxt qərəzli məhkəmə hökmlərinin artıdğını qeyd edib və hansı əsasla təşkilatçıların “proqres” haqda danışdıqılarını sual edib.

“Siz Azərbaycanda məhkəmə orqanlarına düzgün şeyləri tədris etdiyinizə, verdiyiniz tövsiyələrin düzgün olduğuna əminsinizmi?”

Hernyes suala cavabda Azərbaycanda difamasiyaya aid qanunun qüvvədə olduğunu və hakimlərin mövcud qanuna uyğun davrandıqlarını bildirib.

“Biz möcüzə, yaxud cəld nəticə gözləyə bilmərik,” o əlavə edib.


Korrupsiya İttihamları

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan hökumət ilə münasibətlərində korrupsiya faktlarına göz yummaqda günahlandırılıb. Səbəb qurumun keçmiş vitse-prezidenti – italiyalı siyasətçi Luca Volontè-nin Azərbaycan rəsmilərindən €2.4 milyon avro məbləğində rüşvət alması ilə bağlı ittihamlardır.

AŞPA korrupsiya ittihamları üzrə müstəqil istintaq qrupunun 219 səhifəlik hesabatını bu ilin aprelində AŞPA-nın plenar iclasında qızğın müzakirələrdən sonra qəbul edilib.

2017-ci il yanvarın 27-də Büro AŞPA-da korrupsiya hallarının araşdırılması üzrə qərar qəbul edib. 2017-ci il mayın 29-da Büro istintaq qrupunun üç üzvünü təyin edib: Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş hakimi Nikolas Brats (Böyük Britaniya), Fransadan keçmiş hakim Jan Lui Briqeri və AİHM-in keçmiş hakimi Elizabet Fura (İsveç).

İtaliyalı deputat Luca Volontenin Azərbaycan rəsmilərindən rüşvət aldığı iddia olunur.

İstintaq qrupu rüşvət alan 17 deputatın adını açıqlayıb, AŞPA kuluarlarında sistemli ələ alınmalar və korrupsiya faktlarını ifşa edib. 9 ay ərzində istintaqçılar təhqiqat aparıb və hesabatda onun nəticələrini açıqlayıb.

Sənəddə konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, pullar, seksual xidmət təklifi daha çox səy-küy doğurub.

2001-ci ildə Avropa Şurasına qəbul olunduqdan bəri Azərbaycanda onlarla jurnalist, o cümlədən Xədicə İsmayıl və yüzlərlə siyasi fəal həbs edilib.

Bakı tərəfindən deputatların ələ alındığını ilk dəfə 2012-ci ildə Almaniyadakı Avropada Stabillik Təşəbbüsü (ESI) təşkilatının fəalları bəyan edib.

2015-ci ildə İtaliyada keçmiş deputat Luka Volonte bir neçə milyon avro rüşvət aldığına görə saxlanılıb. O, AŞPA-da iri siyasi qrupa rəhbərlik edib.

“AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilərkən səsverməyə daha çox deputat gəlib, assambleyaya az-az gələnlər də burada olub. Həmin adamlar Azərbaycanın xeyrinə səs veriblər,” hesabatda deyilir.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olaraq qəbul edilib. O vaxtdan bəri Azərbaycanda onlarla jurnalist, o cümlədən Xədicə İsmayıl, və yüzlərlə siyasi fəal həbs edilib. Jurnalistləri Müdafiə Komitəsi mütəmadi qaydada Azərbaycanı Şimali Koreya, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin daxil olduğu “ən çox senzuraya məruz qalan 10 ölkə”-nin sırasına daxil edir. Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı Azərbaycanı “azad olmayan” ölkələr kateqoriyasına daxil edib./Amerikanın səsi/

HAQQINAZ.WORDPRESS.COM

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Yorum bırakın

  • ZAMAN VƏ TEMPRATUR

    Find more about Weather in Düsseldorf, DL
    Click for weather forecast

    EURO SPORT LIVE "CANLI"

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ATV TR CANLI .

    GÜN AZ TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER

    CANLI YAYIM

    UKRAINA KANAL 24

    DÜNYA EKRANI TV-LER

    AZƏRBAYCAN İDMAN TB VƏ DÜNYA TV EKRANLARI

    TRT_5_Anadolu