Leyla İsmayılzadəyə qarşı cinayət işinin açılmasına etiraz edirik.. (FOTO)

Azərbaycan Türk soyu, qeyrət namus simvoludur.
Azərbaycan kişisi heç vaxt rəva bilməz ki, saf, doğru yolun yolçusu olan bir qadın, həm ölkədə haqqı pozulsun və işinə ədalətlə yanaşılmasın, həm də, Azərbaycan Türk qadının haqqsız yerə tutuklanmasına göz yumsun.

Okumaya devam et

Rusiya haqsız olaraq blogger Elvin İsayevi Azərbaycana deportasiya edir.(FOTO)

Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan, internet platformalarında aktivlik göstərən blogger Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir.

Rusiya mətbuatına istinadən xəbər verir ki, Elvin İsayevin saxlanıldığı haqda onun vəkilləri bu gün –  avqustun 26-da danışıblar. İsayev ötən şənbə günü-avqustun 24-də saxlanılıb və polis bölməsinə aparılıb. Onu Petro-Slavyanka küçəsindəki evinin yanında tutublar. Vəkilin bildirdiyinə görə, 39 yaşlı blogger Rusiyanın İnzibati Hüquqpozmalar Məcəlləsinin 18.8 maddəsi ilə üzləşib. Həmin maddə xarici ölkə sakininin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən  Rusiya ərazisində qalma qaydalarının pozulmasını nəzərdə tutur. Həmin maddəyə əsasən İsayevi deportasiya gözləyir.

Okumaya devam et

AXCP SƏDRİ ƏLİ BƏY KƏRİMLİ : “Yazmaq istəmədiyim yazı. Məcbur oldum”.

Dostlar, Rəşad Atakişiyevin dəfn mərasimini müxalifətin üzünə bağlamaq sıradan bir hadisə deyil. Sıradan bir yaramazlıq da deyil. Dövləti, ordunu, milli gücü sarsıdan bir bölücülükdür, xəyanətdir. Ordu iqtidarın və müxalifətin ola bilməz. Ordu millətindir. Hər zaman da belə olacaq. Millətin isə 90 faizi hazırkı rejimə qarşıdır.

Okumaya devam et

Təhsil Nazirliyinin işçiləri dolayı yolla Leyla Ucala deyiblər ki, statusu silsin.

Leyla Ucala Təhsil Nazirliyinin işçiləri dolayı yolla çatdırıblar ki, statusu silsin

Kimya müəllimi Leyla Ucal iddia edir ki, iki il əvvəl Təhsil Nazirliyinə etdiyi şikayətlər araşdırılmayıb, ona deyiblər ki, “biz sizin bildiyinizdən artığını bilirik”.

Məsələni ictimailəşdirdikdən sonra isə, dediyinə görə, Təhsil Nazirliyinin işçiləri ona “dolayı yollarla çatdırıblar ki, Facebook statusunu silsin”.

BBC News Azərbaycancaya danışan Leyla Ucal deyir ki, şənbə günü 2017-ci ildə Mərdəkanda yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində çalışdığı müddətdə üzləşdiyi problemləri ictimailəşdirib və bundan sonra onun statusu silməsi üçün “vasitəçilər” göndərilib.

Okumaya devam et

Cinayətlər cəzasız qalanda…. (VİDEO)

Tofiq Yaqublu: “Kütləvi aksiyaları davam etdirəcəyik” (VIDEO)

Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublu Amerikanın Səsinə müsahibəsində “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən aclıq aksiyasının ictimai-siyasi təsirlərindən danışıb.

Amerikanın Səsi: İctimaiyyət nümayəndələrinin “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirdiyi aclıq aksiyası məqsədinə çatdımı? Aksiyanızın ictimai-siyasi təsirləri barədə nə deyə bilərsiniz?

Okumaya devam et

“Qazımı kəsdiyinə görə 6 aylıq körpəm donaraq öldü” – (VIDEO)

 

“230 manata görə mənim qazımı açmadılar”

Cabbarovlar 6 aylıq Əntiqədən qalan paltarlarla təsəlli tapır. Yanvarın 13-də Sabirabadın Suqovuşan kəndində körpənin soyuqdan donaraq öldüyü deyilir.

“Suyun içində yaşayırıq, divarlarımız su verir. Uşağın beşiyinin arxası sudur. Burada uşaq isinər?”, – Əntiqə Cabbarova sual edir.

Az qala 2 ildir borca görə ailəyə təbii qazın verilişi dayanıb. Əntiqə Cabbarova deyir ki, “Azəriqaz”ın əməkdaşları qaz borusunu da kəsiblər.

Okumaya devam et

Riçard Kozlariç AXCP sədrinin həbsinə münasibət bildirib

“Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil. Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram”, Kozlariç yazıb.

Okumaya devam et

Ərəstun Oruclu: “Azərbaycan ABŞ-ın qəzəbinə gələ bilər” (FOTO)

Ərəstun Oruclu

Ərəstun Oruclu: Azərbaycan bu sanksiyalara qoşulmamaqla ABŞ-ın qəzəbinə gələ bilər

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə müsahibəsində İrana qarşı ABŞ sanksiyalarının regiona və Azərbaycan-İran münasibətlərinə təsirlərindən danışıb.

Amerikanın İrana qarşı sərt sanksiyaları regionda hansı yeni geopolitik durum yaradacaq?

Okumaya devam et

“Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…”- icra başçısı şəhid xanımını qapıdan qovdu!

Başçının müavini isə cavab vermək əvəzinə, əməkdaşımıza qəzəbləndi: “Siz müstəntiqsiniz?”

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımı şikayət edib.

Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:

Okumaya devam et

Xədicə İsmayıl avropalılara: Siz hansı proqresdən danışırsınız?

“Avropa Şurası Azərbaycanda 2015-ci ildə Azərbaycanda “Yaxşı idarəetmə naminə tərəfdaşlıq” çərçivəsində layihələrə başladıqdan bəri ölkədə siyasi məhbusların sayı 2014-cü ildə 98-dən 2018-ci ildə 130-a, 2011-2014-cü illərdə 0 difamasiya hökmlərindən 2015-2017-ci illər arasında onlarla hökmə, işgəncədən ölüm halları 2013-də 0-dan 2017-də 6-a yüksəlib,” deyə araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib.

Arzu Qazıyeva :Ayıbdır Vallah !”Rusiyada Nizamimin, Nəsimimin, Füzulimin, Sabirimin, və başqa mənimkilərimin dili kimi tanıyırlar”?

18oktyabr müstəqillik aktının qəbul olunduğu gündür.

Bu tarixi hadisə 1991-ci ildə baş verib. Lakin bu barədə səs-küylə, ucadan danışmaq o qədər də dəbdə deyil, çünki həmin tarixi akt Ayaz Mütəllibovun prezidentliyi dövründə baş verib. Necə baş verib, nətəhər qəbul olunub, Ayaz Mütəllibovun “haranın adamı” olub-olmaması bir ayrı mövzudur. Və… 20 yanvardan sonra hakimiyyətə kim gəlsəydi belə yenə də arzuolunan, sevimli olmayacaqdı, qanlı yanvar qırğınının üstündən gəlmiş olduğu üçün. Olmasın Ayaz Mütəllibov, olsun Mütəllib Ayazov. Məsələ bunda deyil. Məsələ faktın özündə, onun mahiyyətndədir.

Okumaya devam et

Arzu Qeybullayeva: Ölkəmi siyasi məhbuslarsız görmək istəyirəm.(VIDEO)

Bu həftə Çexiya paytaxtı Praqada ənənəvi Forum2000 tədbiri keçirilib. Dünyada demokratiya uğrunda mübarizə naminə konfrans Çexiyanın ilk prezidenti, dövlət xadimi və yazıçı Vatslav Havel tərəfindən təşis edilib. Konfransda müxtəlif ölkələrdən ictimai xadimlər, hüquq müdafiəçiləri və jurnalistlər iştirak ediblər. Tədbirdə Azərbaycanda demokratiyanın durumu da müzakirə edilib. Praqada Forum2000 tədbirinin iştirakçısı, jurnalist Arzu Qeybullayeva Amerikanın Səsinin Amerika icmalı proqramında Azərbaycanda demokratiya və mətbuat azadlığı haqda danışıb.

Okumaya devam et

Dünyaca tanınmış azərbaycanlı Heydər Camalın oğlu Orxan Camal Afrikada öldürüldü (VİDEOLAR və FOTO)

Orxan Camal

Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü

Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur.

Orxan Camalı liviyada ermənilər tərəfindən öldürə bilməsələr də yaraladılar. Sonra, ikinci dəfə Afrikada rusiya separatçı şhovinistlər tərəfindən, həmkarları ilə birgə öldürüldülər.

Okumaya devam et

”Artıq KORRUPSIONER məmurların villasını çəkən yoxdur”(FOTO-VIDEO)

Noyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində bloger Mehman Hüseynovun şikayətinə baxılıb.

Vəkil Fuad Ağayev qarşı tərəfin – Musa Musayevin məhkəməyə gətirilməsini və dindirilməsini istəyib.

“Absurd vəziyyət yaranıb. Bu adamın şikayəti əsasında insan məhkum olunub. Amma Musa Musayevin üzünü hələ heç kim görməyib. Heç olmasa, Musa Musayev məhkəməyə gəlsin. Mehman Hüseynov da bilsin ki, kimə görə həbs edilib”.

Okumaya devam et

Müəllim var 800, müəllim də, var 150 manat maaş alır. Azərbaycan “standartı”hər işdə

“DİPLOMSUZLAR 800, SAVADLI MÜƏLLİM 150 MANAT MAAŞ ALIR” – AZƏRBAYCAN “STANDARTI”

 Rəşad Həsənov:”Bu gün hər hansı uşağa “oxu, müəllim ol” dedikdə cavab verir ki, müəllimlərin özü tikintidə işləyir. Həqiqətən belədir. Məktəblərdə kişi müəllim qalmayıb”
“Azərbaycanda ən azı əmək haqqı alanlar səhiyyə və təhsil sahələrində çalışanlar”.

Okumaya devam et

Şəki sakinlərinin “işsizlik dərdi” (FOTOLAR)

s2Şəki sakinlərinin “işsizlik dərdi”

Bakıdan 299 km məsafədə yerləşən Şəki ölkənin ən qədim şəhərlərindən biri sayılır

Okumaya devam et

“Şəkidə” yalan ayaq tutar, yeriməz…

2626262Yalan ayaq tutar, yeriməz. Fevral ayının 15-də Şəki Rayon Məşğulluq Mərkəzinə öğlum üçün iş tapmaq, əgər münasib iş olmazsa işsiz kimi rəsmi qeydiyyata alınaraq işsizlik müavinəti almaqdan ötrü müraciət etmişdim.

Okumaya devam et

“Bizim ölkədə müstəqil fikirə, daha agır cinayət kimi baxılır”!

Bizim ölkədə müstəqil fikirə, daha agır cinayət kimi baxılır!

Elmira İsmayılova: Xədicə kimi cəsur olun – azadlıq günəşi yaxındadır (Video-müsahibə)

Həbsdə olan jurnalistin anasının 8 mart təbriki – “dünyada azadlıqlar uğrunda mübarizə aparan qadınların qarşısında baş əyirəm”

Həbsdə olan jurnalist Xədicə İsmayılovanın anası Elmira İsmayılova ağır açıq ürək əməliyyatından sonra Amerikanın Səsinə müsahibə verib. O, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə dünyada azadlıqlar uğrunda mübariz qadınları, ilk növbədə isə Azərbaycan qadınlarını və Xədicəni təbrik edib.

Okumaya devam et

  • ZAMAN VƏ TEMPRATUR

    Find more about Weather in Düsseldorf, DL
    Click for weather forecast

    EURO SPORT LIVE "CANLI"

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ATV TR CANLI .

    GÜN AZ TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER

    CANLI YAYIM

    UKRAINA KANAL 24

    DÜNYA EKRANI TV-LER

    AZƏRBAYCAN İDMAN TB VƏ DÜNYA TV EKRANLARI

    TRT_5_Anadolu